Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına sayılı günlər qalır.
Milli.Az 1xəbər.com-a istinadən bildirir ki, bu nəhəng yarış öncəsi, əsasən, Amerika qitəsində yayılan "Zika" virusu ilə bağlı təhlükəsizlik məsələləri də gündəmdədir.
Avqustun 2-də Rioya ayaq basacaq azərbaycanlı idmançıların da bu virusdan qorunması üçün bəzi tədbirlər görülüb. Bu gün Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə jurnalistlərə bəzi dərmanlar göstərilib. Bildirilib ki, bu dərmanlar idmançılarımızın Braziliyada "Zika" virusundan qorunması üçün hazırlanıb.
Rio-ya gedəcək idmançılarımız üçün nəzərdə tutulan həmin "apteçka"da dərmanlarla yanaşı, sözügedən virusla bağlı məlumat kitabçası da var.
Qeyd edək ki, "Rio-2016" 5-21 avqustda keçiriləcək.
Milli.Az