Qadin.NET / Körpə uşağı necə çimizdirməli?

Körpə uşağı necə çimizdirməli?

Körpə uşağı necə çimizdirməli?


Südəmər uşağı hər gün çimizdirmək olar, bu onun dərisini tərdən və tozdan təmizləyir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, hər gün çimmək uşağı gümrahlaşdırır və böyüməsinə kömək edir. Südəmər uşağın dərisini nəinki tərdən, hətta sidikdən və nəcisdən də təmizləmk üçün gün ərzində bir neçə dəfə yumaq lazımdır. Körpəni çimdirmək üçün bəzi qaydalara əməl etmək lazımdır:
* Körpəni döş əmizdirmədən qabaq çimizdirmək lazımdır.
* Çimizdirməyə başlamazdan əvvəl uşağın bütün geyimlərini hazır qoymaq lazımdır.
* Çimizdirilən zaman uşağa qarşı çox diqqətli olmaq lazımdır.
* Uşağın gigiyenası üçün lazım olan əşyaları yaxına qoymaq lazımdır (qayçı, daraq, krem, pudra, pambıq, kalium-permanqanat).
* Suyun tempraturu 35-37*C olmalıdır.
* Tempraturu əllə yox termometrlə ölçmək lazımdır.
* Nə qədər ki, uşaq oturub dura bilmir, onun üzünü yuyarkən çox diqqətli olmaq lazımdır.
Uşağı çimdirməmişdən əvvəl başının dərisinə diqqət yetirmək lazımdır. Təzə doğulmuş uşağın başının dərisi çox vaxt qabıq verir. Hətta bəzən tək-tək yerlərdə qaysaq da ola bilir. Əgər bu qaysaq çimdirdikdən sonra qalarsa, növbəti çimizdirmədən 1-2 saat əvvəl uşağın başına vazilen sürtmək və yaylıqla bağlamaq lazımdır. Daha sonra körpənin başını arxaya doğru tutaraq, sıx daraqla daramaq lazımdır. Lakin daraqla çox ehtiyatla hərəkət etmək lazımdır ki, uşğın başı zədələnməsin. Daranmadan sonra uşağın başı sabunlanıb yuyulduqda qaysaq qopacaqdır.
Çimən zaman uşağı əllə sabunlamaq lazımdır. Əvvəl uşağın başı, sonra boynu, bədəni aşağı ətrafları sabunlanmalı və yuyulmalıdır. Uşağın qarın hissəsini sabunlayıb yumaq üçün onu arxası üstə uzatmaq lazım deyil. Onu əvvəl bir böyrü tərəfə çevirib, digər tərəfini, sonra isə əksini edib sabunlamaq lazımdır. Uşağı çimizdirən zaman onun qulağına və gözlərinə sabunlu su girməməsi üçün qulaqlarına vazilenə batırılmış pambıq qoymaq olar. Çimdikdən sonra körpəni pambıq dəsmalla qurulayıb, göbəyinin quru olmasına diqqət yetirilməli, lazım gələrsə dərman və ya pudra sürtmək lazımdır.
Uşaq böyüdükcə onun çimməsi asanlaşır. Bu zaman onu liflə çimdirmək olar. Lakin onun üzünə sabun vurmağa ehtiyac yoxdur.
Uşaq hər gün çimizdirilsə yaxşı olar, amma başını həftədə 2-3 dəfə yumaq kifayətdir.
Milli.Az

23 iyul 2016
GO BACK