Gəncənin Məhsəti qəsəbəsində fərdi yaşayış evindən ilan çıxıb.
Milli.Az bildirir ki, evin sakini Arifə İsmayılova Trend-ə deyib ki, dünən yataq otağına daxil olarkən orada 1,5 metr uzunluğunda ilan görüb: "Yataq otağında həşəratlardan qorunmaq üçün döşəməyə xüsusi yapışdırıcı vasitə tökülmüşdü. İlan həmin yapışdırıcıya yapışıb. Ancaq buna baxmayaraq, o ölməmişdi. Bundan sonra ilanı öldürdük".
Qeyd edək ki, Gəncədə yaşayış evlərindən ilanın çıxması çox nadir hadisədir.
Milli.Az