Mikroflora yalnız biosferanın vacıb olan komponentlərindən biri deyil, eyni zamanda hər bir orqanizmin yaşayış tərzidir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu hər bir orqanizmin toxumalarındakı hüceyrələrin təbii baryeridir. Bağırsaq mikroflorası infeksion xəstəliklər zamanı immun sistemin funksiyalarını idarə edir, bioloji maddələrin sintezində iştirak edirlər. Belə ki, orqanizmin müxtəlif hüceyrə və toxumalarında yaşayan mikroorqanizmlərin miqdarı və növləri kəskin surətdə dəyişir. Məsələn, 1 qram ağız suyunda 106-109 vahid maddə, yoğun bağırsaqda isə daha çox mikroorqanizmlər var.
Probiotik sözü antibiotik sözündən götürülmüşdür. Yəni probiotiklər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafını təmin edir. Probiotiklər antibiotiklərdən fərqli olaraq diri mikroorqanizmlərdir. Onların az miqdarda orqanizmə yeridilməsi sağlam uşaqlara müsbət təsir göstərir.
Probiotik dərman preparatlarını bir-neçə qrupa bölmək olar:
1. Diri mikroorqanizmləri olan preparatlar.
2. Normal mikrofloranın struklur elementlərini özündə birləşdirən preparatlar.
3. Funksional qida maddələri. Bu cür qida mddələrinin tərkibində mikrob mənşəli qidalar var.
Metobolik probiotiklər arasında əsas yeri yağ turşuları - sirkə, propion, valerian və izovalerian birləşmələri tutur. Təsdiq olunmuşdur ki, yağ turşuları orqanizmdə bir-sıra funksiyaların yerinə yetirilməsində mühüm rol oynayır, enerji mübadiləsində iştitak edir, normal mikrofloranı tənzimləyir. Bundan başqa yağ turşuları patogen mikroblara qarşı bakteriosid təsir edir, pH balansının saxlanılmasında iştirak edir.
Antibakterial preparatların lazımsız istifadəsi patogen mikroblarla bərabər orqanizm üçün lazım olan mikrofloranın da məhvinə səbəb olur. Nəticədə mikrobioloji, biokimyəvi metobolik proseslər pozulur. Bütün bunların nəticəsində şərti ptogen flora aktivləşir və bəzi mikroblar (stafilokokk, protey, göbələk, göy, yaşıl irin çöpləri ) antibiotiklərə qarşı daha davamlı olurlar. Buna gərə də həkimin göstərişi olmadan və lazım gəlmədikcə antibiotiklərin istifadəsindən uzaq durmaq lazımdır.
Milli.Az