Qadin.NET / ​Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar verəcək

​Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar verəcək

​Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar verəcək

Milli Televiziya və Radio Şurası (MTRŞ) "ANS Müstəqil Yayım və Media" Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyasının ləğvi məsələsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Milli.Az bildirir kİ, bu barədə report-a Şuranın aparat rərbəri Toğrul Məmmədov məlumat verib.
T.Məmmədovun sözlərinə görə, məhkəmə 15 gün müddətində məsələyə baxaraq qərar verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Milli.Az

19 iyul 2016
GO BACK