Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb.
Milli.Az-ın verdiyi xəbərə görə, təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub.
Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.
Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezidentin vaxtından əvvəl vəzifədən getmədikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.
Bundan başqa, birinci vitse-prezidnetin və vitse-prezidentlərin toxunulmazlığı, onların və ailələrinin dövlət tərəfindən təminatı və təhlükəsizliklərinin xüsusi mühafizə xidmətləri tərəfindən təmin edilir.
Milli.Az