Qadin.NET / Binəli Yıldırım TƏCİLİ toplantı çağırdı

Binəli Yıldırım TƏCİLİ toplantı çağırdı

Binəli Yıldırım TƏCİLİ toplantı çağırdı

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisini fövqəladə toplantıya çağırıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, toplantı bu gün Bakı vaxtı ilə saat 13:00-da olmalıdır.

Baş nazirin sözlərinə görə, Millət Məclisi milli iradənin səsi olaraq lazım olan cavabı verəcək.

"Müxalifət liderlərinə təşəkkür edirəm. Onlar demokratiyaya sahib çıxıblar, çevriliş cəhdinə qarşı dəqiq mövqe göstərərək, hökumətimizin yanında olublar. İkincisi, vətəndaşlarımız küçələri inqilabçılara verməyiblər. Buna görə, vətəndaşlarımıza çox təşəkkür edirəm. Bundan sonra da vətəndaşlarımız heç vaxt ayrılmasınlar, evində olanlar dərhal meydana gəlsinlər. Meydanı boş buraxmayaq", - deyə Binəli Yıldırım vurğuladı.

Ötən gecə Türkiyədə İstanbul və Ankarada insanlar təşvişə düşüblər. Buna səbəb hər iki şəhərdə qoşunların və zirehli texnikanın küçələrə çıxarılmasıdır.

Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib. Havaya qaldırılan helikopterlər binalardan birini atəşə tutub.

Reuters agentliyi xəbər verir ki, Türkiyənin baş naziri Binali Yıldırım bunun dövlət çevrilişinə cəhd oduğunu bəyan edib.

İnsidentlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNNTürk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

Ərdoğan deyib ki, o, Türkiyə Respublikasının prezidentidir və xalqa müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.

O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.

Milli.Az


16 iyul 2016
GO BACK