Bakı Beynəlxalq Avtovağzalı və "Metro" turizm şirkəti arasında aparılan danışıqlara əsasən, 20 iyuldan etibarən Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər həyata keçiriləcək.
Bu barədə Milli.Az-a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı məlumat verib.
Onun sözlərinə görə, şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişəcək:
"Biletin qiyməti 120 manat təşkil edəcək. Biletə baqaj daxildir".
Qeyd edək ki, reyslər həftənin cüt günləri, yəni 2-4-6-cı günləri həyata keçiriləcək.
Milli.Az