Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.
Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən (DSK) report-a verilən məlumata görə, bu ilin iyun ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq 9747,4 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.
Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
Milli.Az