Sevilən aktrisa, əməkdar artist Sənubər İskəndərli gözəllik sirlərini Milli.Az ilə bölüşüb.
"Gənc yaşlarımdan başlayaraq mütəmadi idmanla məşğul oluram. Bu artıq mənim həyat tərzimin bir hissəsinə çevrilib. Amma bunu təkcə mütənasib görkəmdə qalmağım üçün yox, həm də sağlamlığımı qoruyub saxlamaq məqsədilə edirəm. Sağlam qidalanıram və digər əlavə vasitələrdən istifadə etmirəm" deyə aktrisa bildirib.
Milli.Az