Qadin.NET / Azərbaycan sərhədyanı bölgədə hasar tikəcək

Azərbaycan sərhədyanı bölgədə hasar tikəcək

Azərbaycan sərhədyanı bölgədə hasar tikəcək

Azərbaycan hökuməti yerli əhalini erməni atəşindən qorumaq məqsədilə Tərtər rayonunun bir sıra kəndlərində daş-beton hasarlar tikməyi planlaşdırır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bununla əlaqədar Azərbaycan Ərazilərin Bərpası və Yenidən qurulması Agentliyi hasarı tikəcək podratçı şirkəti müəyyənləşdirmək üçün təkliflərin qiymətləndirilməsini aparır.

Hasarlar cəbhə xəttindən 3 kilometr aralıda yerləşən Qaradağlı və Qapanlı kəndlərində tikiləcək. Tikinti işləri Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.

Milli.Az


14 iyul 2016
GO BACK