Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, əvvəlki illərdə də Bakıda iyulda 30 dərəcə temperatur qeydə alınıb. Bakıda iyulda ən minimal temperatur 1935-ci ilin bu ayın 3-4-də gecə olub. Həmin günlərdə gecə havanın minimal temperaturu 15 dərəcə isti olub.
O əlavə edib ki, iyulun 10-11-də Bakıda minimal temperatur gecə saatlarında 19-22, maksimal temperatur gündüz saatlarında 28-30 dərəcə isti qeydə alınıb. Bu isə iqlim normasından 2-3 dərəcə aşağı olub.
G.Məmmədova bildirib ki, sabahdan başlayaraq, hava şəraiti sabitləşəcək və temperatur gündən-günə yüksələcək. İyulun 15-16-da artıq Bakıda gündüz saatlarında 33-34 dərəcə isti qeydə alınacaq.
Milli.Az