Azərbaycanda yeni tətbiq olunacaq "ASAN qatar" sisteminin nə vaxt və neçə qatarla fəaliyyətə başlayacağı bəlli olub.
Milli.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, yeni sistem bu ilin sonuna doğru fəaliyyətə başlayacaq:
"Dövlət başçısının göstərişinə uyğun olaraq, Bakı Vaqon Deposunda "ASAN qatar" sisteminin tətbiqi ilə bağlı 3 xüsusi vaqon hazırlanır. Vaqonlar 2016-cı ilin axırına qədər tam hazır olacaq. "ASAN qatar" növbəli qaydada ölkədə bütün istiqamətlərdə - həm şimal, həm cənub, həm şimal-qərb, həm qərb və cənub-qərb istiqamətlərində hərəkət edərək əhaliyə xidmət göstərəcək. İlkin olaraq qatarın 3 vaqondan ibarət olması nəzərdə tutulub. Vaqonlar bütün lazımi avadanlıqlarla təchiz olunacaq. Eyni zamanda vaqonlarda "ASAN xidmət"in işçiləri üçün bütün lazımi şərait yaradılacaq.
Xatırladaq ki, prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, Azərbaycanda yeni bir layihə - "ASAN qatar" sistemi fəaliyyətə başlayacaq: