Qadin.NET / Ərəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az"

Ərəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az"

Ərəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az"

Sabiq model, 54 yaşlı Kristina Estrada sabiq ərindən, Səudiyyə Ərəbistanından olan 61 yaşlı milyarder şeyx Valid Cuffalidən boşanandan sonra mənəvi təzminat qismində 196 milyon funt-sterlinq almaq niyyətində idi. Lakin Londonun Ali Məhkəməsi bu məbləği çox sayıb.
Kristina Estrada isə narazıdır və deyir ki, məhkəmənin müəyyənləşdirdiyi təzminatın məbləği ona azlıq edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, milyarder şeyx Valid 12 illik nikahdan sonra Kristina Estradanı boşamış, 25 yaşlı livanlı model Luyan Adada ilə evlənmişdi. Valid Cuffalinin yeni nikahından artıq 2 qızı var.
Kristina da özünü təhqir olunmuş sayaraq mənəvi təzminat qismində 196 milyon funt-sterlinq istəyirdi. Onun dediyinə görə, "adət etdiyi, alışdığı həyat tərzini davam etdirmək üçün" məhz bu qədər pula ehtiyacı var.
Sabiq əri Kristina Estradaya 2 dəbdəbəli malikanə, 5 super avtomobil, brilyant bəzəklər kolleksiyası və nəhəng qarderob bağışlayıb.
Kristina Estrada isə bədxərcdir. O, ildə alış-verişə milyonlarla funt-sterlinq xərcləyir.
Şeyx Valid sabiq arvadına mənəvi təzminat qismində 38 milyon funt-sterlinq təklif edirdi.
"Bu pul çox azdır. Onun təklif etdiyi pulla yaşaya bilmərəm. Baxın, hesabları və çekləri təqdim edirəm. İldə yalnız paltarlara 1,3 milyon funt-sterlinq, ayaqqabılara 27 min funt, xəz kürklərə - 52 min funt, donlara 140 min funt xərcləyirəm. Bahalı, dəbdəbəli həyata alışmışam. Başqa cür yaşamaq mənə çox çətindir", - Kristina Estrada məhkəmədə etiraz etmişdi.
Məhkəmə qadının şikayətlərini nəzərə alaraq mənəvi təzminatın məbləğini 75 milyon funt-sterlinq qismində müəyyənləşdirib.

"Yeni məbləğin də mənə bəs edəcəyini düşünmürəm. İki qızım var və onlar da cah-cəlal içində yaşamağa alışıblar", - Kristina Estrada şikayətlənir.
 

Milli.Az

9 iyul 2016
GO BACK