Facebook-un banisi və sahibi Mark Zukerberq Havay arxipelaqında çimərliyin bir hissəsini satın alandan sonra oranı hasarlamağa başlayıb.
Milli.Az CNBРЎ-yə istinadən bildirir ki, 32 yaşlı Zukerberq Kilauea adasında çimərliyin yaxınlığında 700 hektarlıq ərazini 200 milyon dollara satın alıb.
Hazırda həmin ərazinin ətrafına 1,8 metr hündürlüyündə daş hasar çəkilir.
Adada villa və ərazi sahiblərinin üzv olduqları Kilauea Qonşuluq Assosiasiyasının (Kilauea Neighborhood Association) prezidenti Yoşito L-Hotun dediyinə görə, hasarı çəkdirən Mark Zukerberq və onun xanımı Prissilla Çanın hasarla bağlı "təşəbbüs"lərini yerli sakinlər narazılıqla qarşılayıblar.Yerli sakinlərdən biri Qi Holl isə "The Garden Island"də yaşayır. O, West Hawaii Today-ə verdiyi açıqlamasında Zukerberqin ərazisinin ətrafındakı hasardan gileylənib: "Hələ indiyədək burada kimsə belə etməmişdi. Hasar insanları çimərliyə giriş imkanından məhrum edir. Bəyəm insan milyarder olanda belə davranar?! Yerli sakinlər çox mədəni şəkildə Mark Zukerberqə xitab etdilər, onun çəkdirdiyi hasara müraciətləri yapışdırdılar. Amma Zukerberqin mühafizəçiləri o plakatları qoparıb yerə atdılar".
Şosana Çantara isə Zukerberqə məktub yazdığını deyib: "Ona məktub yazdım. Dəfələrlə yazdım, hələ bir cavab yoxdur".
Digər yerli sakin Donna MakMillen söyləyib: "O, ərazisini yox, çimərliyi hasarladı. İndi yüzlərlə metr addımlayırsan, amma çimərliyə girə bilmirsən. Gördüyün yalnız hasardır".
Milli.Az