Azərbaycanlı gənc elm adamı Xaliq İskəndərov Amerikanı fəth edib.
Milli.Az xeberle.com-a istinadən bildirir ki, Xaliq İsgəndorov barədə məlumat sosial şəbəkələrin ən çox paylaşılan xəbəridir.
Xaliq İsgəndərov dünyada ilk dəfə dəmirdən sərt və davamlı "G10" materialından hazırlanan qoruyucu telefon üzlüklərinin proyektini verən və istehsalını başladan Sumqayıtın yetirməsi olan amerikalı iş adamıdır.
Onun atası İskəndər İskəndərov da elm sahəsində tanınmış xadimlərdən olub, fizikanın "Naqilsiz elektrik ötürücülüyü" sahəsinin inkişafında öz tövhələrini vermiş alim kimi yaddaşlarda qalıb.
Milli.Az