Qadin.NET / İsveçrənin əyaləti hicabı yasaqladı

İsveçrənin əyaləti hicabı yasaqladı

İsveçrənin əyaləti hicabı yasaqladı

İsveçrənin Tiçino kantonunda qadınların ictimai yerlərdə çarşab, niqab, hicab və burkada olmaları yasaqlanıb.
Milli.Az The Daily Express-ə istinadən bildirir ki, yasağın pozulmamasına polis nəzarət edəcək. Bunun üçün Tiçino polis idarəsində "mədəniyyətlərarası vasitəçi" vəzifəsi təsis olunub. Bu vəzifədə çalışacaq polislərə potensial qanun pozucuları ilə davranış öyrədiləcək.
Yasağın pozulması 9200 avro cəriməni nəzərdə tutur.
Tiçino kantonunun 350 min nəfərlik əhalisinin 70 faizi katoliklərdir. Yerdə qalan 30 faiz arasında müsəlmanlar həddən ziyadə azdır.
Ekspertlərin fikrincə, yasaq Fars Körfəzi ölkələrindən Tiçinoya gələn turistlərin sayını əhəmiyyətli dərəcədə azalda bilər. Həmin turistlər regional büdcəyə ildə 19 milyon İsveçrə frankı (17,5 milyon avro) gəlir gətirirlər.
Səudiyyə Ərəbistanının İsveçrədəki səfirliyi ölkəyə bu yay gəlmək istəyən vətəndaşlarına xəbərldarlıqla müraciət edərək ehtiyatlı davranmalarını və kantonal qanunları pozmamalarını istəyib.
 

Milli.Az

8 iyul 2016
GO BACK