"NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və güc tətbiqindən çəkinməyə, bu barədə Varşava sammitindəki yekun kommünikedə xatırlatmağa çağırıb".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Varşava sammiti ərəfəsində jurnalistlərə deyib.
O bildirib: "Kommünikemizdə, həmçinin Dağlıq Qarabağ münaqişəsini xatırlayacağımızı gözləyirəm. Biz hər iki tərəfi gərginliyi azaltmağa, güc tətbiqindən çəkinməyə, sülh və danışıqlara əsaslanmış həll yollarını tapmağa çalışmağa davam etməyə çağırırıq".
Milli.Az