Qadin.NET / Bakıda yollarda hazırki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda yollarda hazırki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda yollarda hazırki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Keçən il Nazirlər Kabineti rayon qeydiyyatlı avto-nəqliyyat vasitələrinin günün müəyyən vaxtlarında paytaxta girişini qadağan etsə də, son vaxtlar bu qaydalara, demək olar ki, əməl edilmir. Bakının hər iki girişində, Lökbatan və Masazır qəsəbələri yaxınlığında rayon qeydiyyatlı avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacaqlarda əsasən iri yük maşınlarına rast gəlmək olur ki, onlar da əsasən gecənin düşməsindən sonra şəhərə daxil olmağı gözləyənlərdir.

Milli.Az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev lent.az-a açıqlamasında deyib ki, rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmaması ilə bağlı qaydalar qüvvədə olsa da, hazırda paytaxtda nəqliyyatın sıxlığı aşağı olduğundan günün istənilən saatında onların şəhərə daxil olmasına maneə yaranmır: "Düzdür, məhdudiyyət qüvvədə qalır, amma paytaxt yollarında son vaxtlar elə bir sıxlıq müşahidə edilmir. Həm də əhali də başa düşür ki, lüzumsuz yerə rayondan paytaxta maşın sürməyə ehtiyac yoxdur. Hazırda əsasən rayonlardan Bakıya meyvə-tərəvəz gətirən avtomobillərin daxil olduğunu görürük və onlar da əsasən gecə saatlarında bazarlara daxil olurlar".
 
K.Əliyev əlavə edib ki, paytaxtda bir sıra dövlət tədbirləri, kütləvi yarışlar keçiriləndə mövcud qaydalara əsaslanaraq rayon qeydiyyatlı avtoimobillərin şəhərə daxil olmasına məhdudiyyət qoyulur: "Biz də əvvəlcədən sürücülərə müraciət edirik ki, tədbirlərin keçirildiyi vaxtda məhdudiyyət olacaq. Amma hazırda mövsümlə əlaqədar şəhərdə nəqliyyat vasitələrinin sıxlığı aşağıdır. Digər aylarda Bakıya hər gün 65 mindən çox avtomobil daxil olurdusa, indi bu rəqəm çox aşağıdır və əvvəlki kimi kütləvi axın yoxdur". 

Milli.Az


8 iyul 2016
GO BACK