Qadin.NET / Con Kerri Gürcüstandadır

Con Kerri Gürcüstandadır

Con Kerri Gürcüstandadır

ABŞ dövlət katibi Con Kerrinin Gürcüstan səfəri başlayıb.

APA-nın "Georgia online" portalına istinadən verdiyi məlumata görə, dövlət katibi səfər çərçivəsində prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşəcək. Bundan başqa, C.Kerrinin bəzi müxalifət partiyalarının liderləri ilə görüşü də nəzərdə tutulub.

İyunun 7-də dövlət katibi Gürcüstandan Ukraynaya yollanacaq. Ukrayna rəsmiləri ilə danışıqların ardından C.Kerri iyunun 8-9-da keçiriləcək NATO-nun sammitinə qatılmaq üçün Varşavaya səfər edəcək.

Milli.Az

7 iyul 2016
GO BACK