Rusiyanın ən populyar və nüfuzlu xəbər saytlarından sayılan Gazeta.ru-nun baş redaktoru Svetlana Babayeva vəzifəsindən kənarlaşdırılıb.
Milli.Az bildirir ki, gazeta.ru-nun daxil olduğu Rambler&Co holdinqinin yaydığı açıqlamaya görə, "gediş Svetlana Babayevanın imzaladığı əmək müqaviləsinin müddətinin başa çatması ilə bağlıdır".
Lakin Svetlana Babayevanın son vaxtlar Gazeta.ru-nun xəbər siyasəti ilə bağlı holdinq rəhbərliyini narazı saldığı, bu səbəbdən də işindən kənarlaşdırıldığı vurğulanır.
S.Babayeva 2013-cü ilin sentyabrından bəri Gazeta.ru-nun baş redaktoru idi.
Milli.Az