Qadin.NET / Şəkidə xüsusi qərargah yaradıldı - 80 nəfər təhlükəsiz əraziyə köçürüldü

Şəkidə xüsusi qərargah yaradıldı - 80 nəfər təhlükəsiz əraziyə köçürüldü

Şəkidə xüsusi qərargah yaradıldı - 80 nəfər təhlükəsiz əraziyə köçürüldü

İyulun 2-də Şəkidə baş verən sellə bağlı xüsusi qərargah yaradılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəhər rəhbərliyinin tapşırığına əsasən, yaranmış vəziyyətlə əlaqədar təbii fəlakət zonasının yaxınlığında şəhər icra hakimiyyətinin məsul işçilərinin, aidiyyəti idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə operativ qərargah yaradılıb.

FHN-nin əməkdaşlarının iştirakı ilə dərhal təbii fəlakət baş verən əraziyə baxış keçirilib, təhlükəli ərazidə yaşayan əhalinin təxliyə olunması, seldən mühafizə və ərazinin lil qatından təmizlənməsi məqsədilə "AR Meliorasiya və Su Təsərrüfatı" ASC-nin müvafiq təxnikası cəlb edilib.

Məlumatda, həmçinin qeyd olunur ki, Kiş çayının yaxınlığında yerləşən istirahət mərkəzlərində qalan 80 nəfər şəxs təhlükəsiz əraziyə - "Ovçular evi"ndə yerləşdirilib və ərzaqla təmin ediliblər. Yerli İcra Hakimiyyətinin, FHN-nin, "Azərsu" ASC-nin sudaşıyan maşınları əhalinin içməli su ilə təminatına cəlb ediliblər.

Dünən saat 05:10 radələrində təhlükəli ərazidə olan insanların təxliyəsinə başlanılıb, saat 08:10 radələrində təxliyyə tamamilə başa çatdırılıb. Hazırda Kiş kəndinin elektrik enerjisi ilə təminatı istiqamətində işlər görülür.

Həmçinin, dağlıq ərazidə çobanların olub-olmaması araşdırılır.

Bildirilir ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq komissiyanın ayrılması barədə Baş nazir Artur Rasizadəyə müraciət edilib.

Milli.Az

4 iyul 2016
GO BACK