Dünyanın ən böyük yaxtası sayılan "The World" Londonda, Temza çayındadır.
İnşası 2002-ci ildə başa çatmış 16 göyərtəli, "yaxta" adlanan, amma, əslində, 196 metr uzunluğunda gəmi olan "The World"da 165 superlüks kayut var.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sərnişinlərinə fasiləsiz kruiz təklif edən gəmidəki kayutların hər biri, əslində, mənzildir. Həmin mənzillərin qiymətləri isə 1-12 milyon dollar arasındadır. Gəmidə mənzil alan şəxs burada qeydiyyata düşür, vergi ödəmir və ilboyu kruizdə olmaq imkanı qazanır.
Gəmidəki kayut-mənzillər dünyanın müxtəlif ölkələrindən 130 ailəyə məxsusdur. Ekspertlərin dediklərinə görə, "The World"da kayut satın alanlar burada qeydiyyata alındıqları üçün yaşadıqları ölkələrdə gəlir və əmlak vergilərindən yayınmaq imkanları əldə edirlər.
Superlüks yaxtada böyük lobbi, dükanlar, butiklər, salonlar, fitnes-mərkəzlər, bilyard zalları və qolf-simulyator var.
"The World" Londonu tərk edəndən sonra Fransadakı Bel il an Mer limanına yollanacaq, daha sonra İspaniya, Aralıq dənizi və Yaxın Şərqdə olacaq.
Milli.Az