Londonun minlərlə sakini Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına etiraz olaraq aksiya keçiriblər.Trend RİA Novosti-yə istinadən məlumat verir ki, 23 iyun referendumunun nəticələrinə etiraz edən 40 minə qədər insan Britaniya paytaxtının mərkəzindən parlament binasına qədər yürüş edəcəklər.
Oxşar aksiya Londonda bir neçə gün öncə də olub. O zaman təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Trafalqar meydanındakı həmin mitinq təxirə salınmışdı.
Milli.Az