Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda sabitlik çox vacibdir: "Rusiya bizim yaxın qonşumuz və tərəfdaşımızdır".
E.Məmmədyarov qeyd edib ki, rəsmi Bakı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşünü müsbət qiymətləndirir: "Dağlıq Qarabağ ətrafında danışıqlar masasında müəyyən sənəd var, onun üzərində iş aparılır".
Milli.Az