Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Rodriqo Duterteyə təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Filippin Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Milli.Az