Ermənistan prezidenti Serj Sarkisyan İstanbuldakı Atatürk hava limanında törədilmiş məşum teraktla bağlı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Milli.Az Panarmenian-a istinadən bildirir ki, Sarkisyan 41 nəfərin həlak olduğu, 239 nəfərin yaralandığı terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralılara isə mümkün qədər tez sağalmağı arzulayıb.
Milli.Az