Qadin.NET / Məşhurlar necə arıqlayır?

Məşhurlar necə arıqlayır?

Məşhurlar necə arıqlayır?

Hər zaman formada görməyə alışdığımız məşhurlar buna müxtəlif pəhrizlər sayəsində nail olurlar. 

Axşam.az xarici mətbuata istinadən həmin pəhrizləri sizə təqdim edir:

Viktoriya Bekhem:

Məşhur modelyer Viktoriya Bekhem gün ərzində 400 kalorini keçmir. Bu çox riskli və zərərli bir pəhriz olsa da, modelyer bədən formasını qorumaq üçün bu riski gözə almaqdan çəkinmir.

Beyons:

1 litr limonadın içinə soda, limon suyu, ağcaqayın siropu, şəkər və acı bibər tökərək qarışdıır və içir. Səhərlər və axşamlar qəbizliyə qarşı dərmanlardan istifadə edir. Əgər bu orqanizminə pis təsir edirsə, kərəviz suyu da içə bilərsiniz. Beyons bu pəhrizi 1 ay boyunca edib və nəticədə həftədə 10 kiloqram arıqlayıb.

Cennifer Eniston:

Bu pəhriz kokos, kərə yağı, yumurta sarısı, yağlı ət, donuz əti və balıqdan ibarətdir. Yediyi yeməklər yağlı olsa da, Cennifer incə belə sahibdir.

Madonna: 

Gün ərzində 2 qreypfrut, 2 yumurtanın yarısını bir saat davam edən fasilələrlə yeyir. Bunun sayəsində yalnız iki gündə kilolarından xilas olmağı bacarıb.

Sara Cessika Parker:

Yalnız dondurma yeyir və ya dondurulmuş meyvə və tərəvəzlərlə qidalanır. Bunu hər saat və ya gündə iki dəfə edir.

Paris Hilton:

Gün ərzində yalnız su və enerji içkilərindən istifadə edir. Amma bu olduqca təhlükəlidir və mədə xorası yarada bilər.

Milli.Az

29 iyun 2016
GO BACK