Göyərtəsində Albaniya baş naziri Edi Ramanın olduğu təyyarə İstanbul hava limanında terror aktı baş verən zaman aeroporta eniş edirmiş.
Milli.Az bildirir ki, bu barədə azvision.az "The Telegraph"-a istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Rama Türkiyəyə rəsmi səfərə gəlib. Albaniya baş naziri və onun müşayiət edən şəxslər hadisə nəticəsində xəsarət almayıblar.
Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
Milli.Az