Prezident İlham ƏIiyev "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli fərmanını "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 153-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, в„– 1, maddə 20; 2003, в„– 10, maddə 585; 2008, в„– 8, maddə 716) 2-ci hissəsinin dördüncü abzasından "6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında və" sözləri çıxarılsın.
Milli.Az