Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,59 dollar və yaxud 3,22% ucuzlaşıb.
Milli.Az report-a istinadən bildirir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,82 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Milli.Az