Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edərək son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirib:
"Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Viza sistemi sadələşdirilir. İndi bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkə vətəndaşlarının isə elektron turist vizalarını qısa müddətdə əldə edərək ölkəmizə səfər etmələrinə imkanı yaradılıb".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxs viza almaq üçün birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət edəcək. Elektron vizalar üç iş günü müddətində veriləcək.
Milli.Az