Qadin.NET / Azərbaycanlılar ermənini xilas etdilər

Azərbaycanlılar ermənini xilas etdilər

Azərbaycanlılar ermənini xilas etdilər

Rusiyanın Surqut şəhərində keçirilən milli mədəniyyət festivalında Ermənistan təmsilçisinin vəziyyəti qəfildən pisləşib.

İlk olaraq, ona Azərbaycan nümayəndələri yardım ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Ararat" mili-mədəni mərkəzinin sədri Armenak Simonyan deyib.
 
"Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu, bizim xalqlarımız arasındakı dostluğun bariz nümunəsi deyil? Bu, onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq, qardaşlıq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin bu cür də davam edək", - A.Simonyan bildirib.

Milli.Az


27 iyun 2016
GO BACK