Qadin.NET / Bu ölkə də Aİ-ni tərk edir?

Bu ölkə də Aİ-ni tərk edir?

Bu ölkə də Aİ-ni tərk edir?

Avstriyada ultra-mühafizəkar Azadlıq Partiyası Avropa Birliyini tərk edəcəkləri barədə xəbərdarlıq edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Partiyanın lideri Norbert Hofer belə bir bəyanatla çıxış edib. Hofer bildirib ki, əgər Brüssel Böyük Britaniyanın ardınca Avstriyanı da itirmək istəmirsə, mərkəzləşdirmə siyasətindən əl çəkməlidir. Əks halda, Avstriya 1 il ərzində Avropa referendumuna gedəcək

Hofer ötən ay keçirilən prezident seçkilərində cüzi səs azlığı ilə məğlub olmuşdu. Azadlıq Partiyası mühacirlərin ölkəyə müdaxiləsinə qarşı çıxır. Partiya rəhbərliyi seçkilərin nəticələrini şübhə altına alıb. Partiya qiyabi verilən səslərin qanunsuz olduğunu iddia edir. Faktla bağlı məhkəmə prosesi icra olunur.

Hofer Avropa Birliyini siyasi deyil, iqtisadi təşkilat olmağa çağırıb. "Avropa Birliyini quran atalarımız ölkələrimiz arasında daha sıx iqtisadi əlaqələrin formalaşmasını istəyirdilər, çünki iqtisadi cəhətdən əməkdaşlıq edən ölkələr bir-birilərinə qarşı müharibə etməzlər. Lakin bu prinsip təkcə siyasi birlik formalaşana qədər mövcud oldu", - deyə Hofer bildirib.

Böyük Britaniyanın Avropa Birliyini tərk etməklə bağlı qərarı Avropa Birliyinə qarşı çıxan partiya rəhbərləri və populist siyasi lideri analoji addım atmağa daha da cürətləndirib. Eyni zamanda, Fransada Fransa Milli Cəbhəsi partiyası "Freqzit"ə ("France" və "exit" sözlərinin birləşməsindən yaranıb) cəhd göstərir.

Milli.Az

27 iyun 2016
GO BACK