Qadin.NET / Roma Papası İrəvanda “soyqırımı" sözünü işlətdi

Roma Papası İrəvanda “soyqırımı" sözünü işlətdi

Roma Papası İrəvanda “soyqırımı" sözünü işlətdi

Ermənistanda səfərdə olan Roma Papası I Fransisk 1915/16-cı ildə baş verən hadisələri pisləyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, pontifik prezident Serj Sarkisyan və digər rəsmilər qarşısında çıxış edərkən "soyqırımı" ifadəsini də dilə gətirib 
Qeyd edək ki, 2015-ci ildə Roma Papası I Fransisk uydurma "erməni soyqırımı"nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etmişdi.
Roma Papasının bəyanatı Türkiyənin sərt etirazı ilə qarşılanmışdı. Türkiyənin Vatikandakı səfiri geri çağırılmış,  Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılmışdı. 
I Fransiskin Ermənistana səfəri üç gün davam edəcək.
Milli.Az

25 iyun 2016
GO BACK