Qadin.NET / Ermənilər cəbhədə təxribat törətdilər

Ermənilər cəbhədə təxribat törətdilər

Ermənilər cəbhədə təxribat törətdilər

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az

25 iyun 2016
GO BACK