Qoç - gün xeyli müsbət xüsusiyyətləri ilə yadda qalacaq. O, işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi, birgə fəaliyyətə başlamaq üçün çox münasibdir. Azacıq da olsa, maraqları üst-üstə düşən insanlar tez dil tapırlar. Hətta bir az əvvəl döyüşənlər də ortaq məxrəcə gələ biləcəklər.
Buğa - ezoteriya və parapsixologiyaya marağınız artır. Bir çox Buğalar məqsədlərinə çatmaq üçün magiyadan istifadə etməyə çalışacaqlar. Ancaq yeri gəlmişkən, belə üsulların sizə heç bir xeyri yoxdur. İşləri ağılla götür-qoy etsəniz, daha doğru çıxış yolunu taparsınız.
Əkizlər - Elə də məhsuldar gün deyil. İstirahət və əyləncə sizdə işləməkdən daha yaxşı alınır. Bütün işləri ataraq, əldə etdiyiniz razılaşmaları pozaraq bütün vaxtınızı və pullarınızı yalnız öz arzularınızı həyata keçirmək üçün sərf etmək istəyirsiniz. Bu isə itkilərə və problemlərə yol açacaq. Yaxşı olar ki, təhlükəli həvəslərinizdən imtina edəsiniz.
Xərçəng - emosional fon yaxşı deyil, bu isə həyatın bütün sferalarında özünü göstərir. İşləmək istəmirsiniz, günün çox hissəsini işinizi həvalə etməyə münasib adam axtarışına həsr edəcəksiniz. Rəhbərliklə fikir ayrılığı mümkündür. Bir çox Xərçənglər hətta öz iş yerlərini itirə biləcəklərini bilə-bilə öz hüquqlarını (həm həqiqi, həm də mövcud olmayan) qorumağa hazırdırlar.
Şir - bir çox cəhətdən mürəkkəb gündür, ancaq daha ciddi problemlər yaxınlarınızla ünsiyyətdə yaranır. Yeganə istisna sevdiyiniz şəxsdir: hər halda onunla mübahisə etmirsiniz. Heç yola getmədiyiniz insanlarla iş görməli olursunuz və bu zaman hisslərinizi gizlətmək çətin olur. Bir qədər nəzakətli olsanız, münaqişədən qaça bilərsiniz, amma təəssüf ki, bu gün nəzakətli olmaq istəmirsiniz.
Qız -yaxınlarınızdan dəstək gözləyə bilərsiniz. Amma onlar sizi anlamalı, sizə nə lazım olduğunu bilməlidirlər. Bütün anlaşılmazlıqların kəskinləşmə ehtimalı güclüdür, odur ki, münaqişələrdən yaxa qurtarmaq asan olmayacaq.
Tərəzi - yaxınlarınız sizin ardınızca çatdırmırlar, artıq həll edilmiş saydığınız məsələlərə dəfələrlə qayıtmalı olursunuz. Bir çox Buğaları bu, həddən artıq qıcıqlandıracaq. Şəxsi münasibətlərdə bundan savayı problem yaşamayacaqsınız. Uşaqlarla da asan dil tapacaqsınız.
Əqrəb - biznesdə çətinlikləriniz ola bilər. Yeni düşmənləriniz peyda ola, yaxud da köhnələr meydana çıxa bilərlər. Vaxtında qüvvə toplayıb, hətta sizə güclü təzyiq göstərsələr belə, geri çəkilməmək lazımdır. Amma eyni zamanda, bütün hərəkətlərinizin qanuni olmasına da diqqət edin: istənilən qanun pozğunluğu ciddi surətdə cəzalandırılacaq.
Oxatan - emosional fon sabit deyil, əhvalınız tez-tez dəyişir. Ancaq ruhdan düşmür, həmişəki həyatsevərliyinizi az da olsa, qorumağa çalışırsınız. Yaxınlarınız bu işdə sizə kömək etməyə hazırdırlar.
Oğlaq - istənilən danışıqlar bu gün rahat keçir. Heç sevmədiyiniz insanlarla ünsiyyət, nə qədər qəribə olsa da, adəti üzrə olduğu kimi xoşagəlməz deyil, əksinə, faydalıdır. Yaradıcı planlarınızı həyata keçirməyə başlaya bilərsiniz. Təhsil alanları humanitar fənlər üzrə böyük uğurlar gözləyir.
Dolça - çox mürəkkəb gündür. Əhvalınız tez-tez dəyişir, çaşqınlıq, özünə inamsızlıq, ruh düşkünlüyü "tutmalarınız" ola bilər. Yaxın günlərdə başladığınız işləri nə vaxtsa sona yetirəcəyinizə artıq şübhə edirsiniz. Tamahkarlığından şübhəniz olmayan birisinə ağız açmaq istəyiniz güclü olacaq. Belə birinin xidmətləri üçün xeyli pul ödəməli olacaqsınız.
Balıqlar - şəxsi münasibətlərdə "işgüzar" notlar qabarır. Bu, o qədər də pis olmasa da, hər halda, ifrata varmaq məsləhət deyil. Təəssüf ki, çoxları bu gün mənəvi rahatlıqdan çox, şəxsi mənafelərini düşünürlər.
Milli.Az