Qadin.NET / "Britaniyanın çıxması Aİ-ni zəiflədəcək"

"Britaniyanın çıxması Aİ-ni zəiflədəcək"

"Britaniyanın çıxması Aİ-ni zəiflədəcək"

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyənin sabiq Aİ işləri üzrə naziri Egemen Bağış deyib.

Onun sözlərinə görə, "Brexit" üzrə referendumun nəticələri digər ölkələr üçün də nümunə ola bilər: "Britaniyanın səbrini sınayan qüvvələr başa düşməlidirlər ki, Türkiyənin də Aİ-yə üzvlük məsələsində səbri sonsuz deyil".

E.Bağış qeyd edib k, Türkiyənin Aİ-yə üzvlük məsələsi üzrə mövqeyi aydın və dəqiqdir, lakin Avropa İttifaqı Türkiyəyə qarşı ikili standartlar tətbiq edib.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Milli.Az

 

 

24 iyun 2016
GO BACK