Qadin.NET / Mərkəzi Bankdan dollar açıqlaması: ""Brexit"lə əlaqəsi yoxdur"

Mərkəzi Bankdan dollar açıqlaması: ""Brexit"lə əlaqəsi yoxdur"

Mərkəzi Bankdan dollar açıqlaması: ""Brexit"lə əlaqəsi yoxdur"

Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında "Brexit"lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır.

Milli.Az bildirir ki, bu barədə Mərkəzi Bankdan Trend-in sorğusuna cavab olaraq deyilib.

Qeyd olunub ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Milli.Az

24 iyun 2016
GO BACK