Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink deyib.
O, Azərbaycana səfərinin nəticələrini müsbət qiymətləndirib: "Biz təhlükəsizlik, energetika, iqtisadiyyat sahələrində və demokratiya məsələlərində Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik. ABŞ və Azərbaycanın energetika sahəsində tərəfdaşlığı davam edir və tərəflər bunun genişləndirilməsi üzərində işləyirlər".
B.Brinkin sözlərinə görə, ölkə rəhbərliyi ilə keçirilən görüşlər zamanı iki ölkənin əsas istiqamətlər üzrə əməkdaşlığının inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunub: "Biz İpək Yolu layihəsini dəstəkləyirik və Azərbaycanın enerji marşrutlarının mərkəzinə çevrilməsi artıq faktdır".
Dağlıq Qarabağ münaqişəsinə toxunan xanım B.Brink qeyd edib ki, ABŞ kompleks həllə nail olmaq üçün münaqişə tərəfləri ilə əməkdaşlığa hazırdır.
Milli.Az