Qadin.NET / Marsda cırtdan məxluq tapıldı? - FOTO

Marsda cırtdan məxluq tapıldı? - FOTO

Marsda cırtdan məxluq tapıldı? - FOTO

Təxminən on il əvvəl Çilidəki Atakama səhrasında qəribə skelet tapılmışdı. Uçan naməlum obyekt (UNO) ovçuları o vaxt demişdilər ki, həmin skelet yadplanetli məxluqun qalıqlarıdır. Deyilənlərə inananlar az olmuşdu.
Fəqət indi situasiya dəyişə bilər, çünki Marsda canlı məxluqların olduğunu iddia edənlərin mövqeləri güclənib.
Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Marsdakı Curiosity aparatının çəkərək Yerə yolladığı fotolar arasında unikal görüntü var.
Bu görüntüdə Marsdakı qayalardan birinin arxasında daşa söykənmiş cırtdan məxluq aşkar görünür.
Sirli məxluqun boyu təqribən 15,4 santimetrdir.
"Curiosity" aparatının "Mastcam" kamerası vasitəsilə çəkilmiş görüntünü alimlər təhlil edirlər, bu foto sosial şəbəkələrdə müzakirə olunur.

 

Milli.Az

24 iyun 2016
GO BACK