"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı" təsdiq edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin imzaladığı qərara əsasən, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır: Dövlət Bayrağı Muzeyi; Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi; təsərrüfathesablı təşkilatlar; "Sahil Xidməti" MMC; "Dənizkənarı Milli Park" MMC.
Milli.Az