Əvvəllər musiqi müəllimi işləyən Cahanə nənə paralel olaraq sürücülük peşəsinə də yiyələnib.
Atasının ona hədiyyə aldığı avtomobili o, 36 ildir sürür. Müəyyən imkana sahib olsa da maşınını dəyişməyəcəyini bildirir, çünki bu maşını atası ona hədiyyə edəndə dəyişməməsini məsləhət görüb. Əvvəllər sürücülük vəsiqəsi olmayan Cahanə nənə sonralar sürücülük vəsiqəsi alıb.
Zamanla kənd camaatı arasında qazandığı etibar və dəyər ona bu yolda inamla addımlamağa imkan verib. Öncələr qadın sürücüyə rayonda pis baxsalar da Cahanə nənənin nümunəvi sürücülüyü haminin rəğbətinə səbəb olub. Cahanə nənə kənddə xeyirxah insan kimi də tanınır.
O hal-hazırda da Qumlaq kəndindən Oğuz rayonuna sərnişinləri aparmaqla çörək pulu qazanır. Kənd sakinləri də Cahanə nənənin sürücülüyündən çox razıdırlar.
Milli.Az