Hindistan kosmik agentliyi kosmosa ölkə üçün rekord sayda - 20 peyk göndərib.
Milli.Az anspress-ə istinadən bildirir ki, peyklərin hər biri təxminən 700 kiloqramdır.
Kiçik peyklər digər ölkələrə aiddir. Onların arasında Kanada, ABŞ və İndoneziyadan olan özəl şəxslərə məxsus olanlar da var.
Peyklərin ən müxtəlif məqsədləri yerinə yetirməsi nəzərdə tutulub. Məsələn, istixana qazlarının tullantıları və meşə yanğınlarının aşkar edilməsi.
Hindistan kosmik daşımalar bazarında aparıcı oyunçuların sırasına daxildir və artıq bir neçə uğurlu missiya həyata keçirib.
Milli.Az