Naxçıvanda zəlzələ baş verib.
Milli.Az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən anspress-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 4,6, dərinliyi 5 km olub.
Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.
Bu ay ərzində ölkə ərazisində 9 zəlzələ qeydə alınıb. Onların əksəriyyəti Xəzər dənizində və Hacıqabul rayonu ərazisində baş verib. Ay ərzində ən güclü zələzlənin maqnitudası 3,8 olub.
Milli.Az