Qadin.NET / Yay gəldi - bu gün ən uzun gündüz olacaq

Yay gəldi - bu gün ən uzun gündüz olacaq

Yay gəldi - bu gün ən uzun gündüz olacaq
Bu gün yay fəsli rəsmən başlayıb. Yay mövsümünün başlanğıcı olan 21 iyun Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə hesab olunur.

Azərbaycan Elmlər Akademiyasından ANS PRESS-ə verilən məlumata görə, 21 iyun 2016-cı il tarixində insanlar daha bir astronomik hadisə ilə tanış ola biləcəklər. Bu hadisə təxminən yarım əsrdir ki, müşahidə olunmur. Həmin gün bədrlənmiş Ay və iyun gündönümü baş verəcək.

Növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir. Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.

Xatırladaq ki, iyul ayının sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqust tarixlərində çoxsaylı "düşən ulduz”ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu ecazkar astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq.

Payızın ilk günü isə qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq ulduzun yalnız kiçik “alovlu” hissəsinin görünməsinə imkan verəcək.

 

Mənbə: ANS PRESS

21 iyun 2016
GO BACK