Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
"Qara qızıl"ın qiymətlərində fərqli yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti enib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.12 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 50.30 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir bareli qiyməti isə dəyişməyib - 49.52 dollara alıcısını tapıb.Bu günə olan qiymətli metalların qiymətləri yüksəlib. "Bloomberg"in verdiyi məlumata görə, təkcə qızılın bir qramının qiyməti ucuzlaşaraq 41.52 dollar olub. Platinin bir qramı 31.50 dollar, palladiumun qramı isə 17.77 dollara qədər bahalaşıb. Gümüşün qiyməti artıb, qramı 57 sentə satılıb.
Mənbə: ANS PRESS
21 iyun 2016
GO BACK