“ATƏT Sankt Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli sammitin təşkilində iştirak etmir və biz bu məsələni şərh edə bilmərik”, - deyə Radjakoviç bildirib.
Prezidentlərin görüşü barədə ilk məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov verib.
Prezident Vladimir Putin iyun ayının 20-də Azərbaycan və Ermənistandan olan həmkarları ilə Sankt-Peterburqda Dağlıq Qarabağ probleminin həlli məsələsini müzakirə edəcək. Əvvəlcə Rusiya prezidentinin İlham Əliyev və Serj Sarkisyan ilə təkbətək görüşəcəyi gözlənilir. Daha sonra üç prezident birgə danışıqlar aparacaq.
2008-ci ildən bəri Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 20-dən çox görüşü keçirilib.
Sonuncu dəfə Putinin iştirakı ilə İlham Əliyev və Serj Sarkisyan arasında görüş 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilib. Həmin vaxt prezidentlər ərazi bütövlüyünə hörmətlə yanaşaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə dərhal həll edilməsi barədə razılığa gəliblər.4 günlük Aprel müharibəsi
Aprelin 2-nə keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər başlayıb. Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərinə hücum edib. Silahlı Qüvvələrimiz əks həmlə ilə düşməni bir neçə kilometr geri oturdaraq strateji yüksəklikləri işğaldan azad edib. 4 günlük müharibə vaxtı Ordumuz 100-ə yaxın şəhid verib, düşmən isə 320-dən çox əsgərini itirib, 500-dən çoxu isə yaralanıb.
Aprelin 5-də Putin İlham Əliyev və Serj Sarkisyana telefonla zəng edib və Qarabağda atəşkəsin bərpa olunmasına nail olub. Putin əmin edib ki, Moskva münaqişənin nizamlanması istiqamətində zəruri bütün addımları atacaq.