Qadin.NET / İftarda bunları yesəniz, kökəlməzsiniz

İftarda bunları yesəniz, kökəlməzsiniz

İftarda bunları yesəniz, kökəlməzsiniz
İftar saatının çox uzun olduğu bu günlərdə daha rahat bir oruc üçün necə qidalanmalıyıq? Milli.Az aile.lent.az-a istinadən bəzi tövsiyələri təqdim edir.

Bu ramazan hər gün çörək yeməyin. Çörək ağ undan hazırlandığı üçün qan şəkərini sürətlə yüksəldir. Həftədə bir gün çörək yesəniz, bəs edər. Onda da bir əl böyüklüyündən çox yeməməyə diqqət edin.
 
Hər iftarda mütləq zeytun yağlı tərəvəz yeməyiniz və bol salatınız olsun. Bütün gün ac qalan bağırsaqlara lif lazımdır. Arıqlamaq və daha tox hiss edə bilmək üçün şorbadan sonra salat və 3-4 yemək qaşığı zeytun yağlı tərəvəz yeməyi yeyin.
 
İftarda ya çörək, ya plov, ya makaron, ya da börək yeyin. Hamısı eyni vaxtda olmasın. Boşqabınıza qoyduğunuzda bu qrup yeməklərin pors ölçüsünə diqqət edin. Çörək 2 dilim, plov-makaron 4-5 yemək qaşığından çox qoymamağa çalışın. Əgər börək yemək istəyirsinizsə, 1 kiçik dilim olsun.
 
Ət qrupundan olan yeməkləri unutmayın. Hər iftarda ana yemək olaraq ət, küftə, toyuq, balıq, yumurta və ya quru paxlalılar seçin. Bir əl böyüklüyündə yeyə bilərsiniz.
 
Qatıq hər süfrənizdə yer alsın. Həm bağırsaq, həm də maddələr mübadiləsinin dostudur.
 
Qızartma, souslu, yağlı yeməklər, basdırma məhsulları, turşu kimi yeməklərdən bütün orucluq boyu uzaq durun.
 
İftardan sonra şirniyyat olaraq ya meyvə şirniyyatı, ya da dondurma yeyin. Hər gün iki pors meyvəni mədə-bağırsaq və immunitet sisteminiz üçün yeyin. 

 

Mənbə: Milli.Az

 

18 iyun 2016
GO BACK