Qadin.NET / Bakıda GP2 yarışları oldu

Bakıda GP2 yarışları oldu

Bakıda GP2 yarışları oldu

"Formula-1"in birinci test yürüşü başlayıb

Formula-1 Avropa Qran-prisinin birinci test yürüşü başlayıb. Yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq“Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq və Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen ilə Colion Palmer, “Toro Rosso”nunheyətində Maks Ferstappen və Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton, “Manor”da Paskal Verlyayn və Rio Haryanto , “Haas” Roman Qrojan və Estabean Qutyerres mübarizə aparır. 

Pilotlar 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.

 

Mənbə: ANS PRESS

17 iyun 2016
GO BACK